AZ

Türkiyə klublarının yayım gəlirləri – KİM DAHA ÇOX QAZANIB?

2024/25 mövsümündə Türkiyə çempionu olan "Qalatasaray" 595,5 milyon lirə ilə yayım gəliri paylaşımında da ən böyük payın sahibi olub. 

Bizim.Media xəbər verir ki, "sarı-qırmızı"lı klub Super Liqada iştirak haqqı olaraq büdcəsini 95,6 milyon lirə, mövsüm performansına (30 qələbə, 5 heç-heçə) görə də 214,5 milyon lirə artırıb.

Bu mövsüm 25-ci dəfə zirvəni fəth edən "Cim-Bom" keçmişdə əldə etdiyi 24 çempionluq müqabilində 190,5 milyon lirə, bu mövsüm birinci yerə görə isə 94,9 milyon lirə qazanıb.

"Qalatasaray"ın cəmi 595,5 milyon lirə məbləğindəki gəliri məzənnənin mövsümi ortalamasına görə 17,1 milyon dollara bərabərdir.

Superliqada ikinci olan "Fənərbaxça" da 513,8 milyon lirə (14,7 milyon dollar) ilə gəlir bölgüsündə də eyni pillədə qərarlaşıb.
 

Liqada 3-cü pilləni az fərqlə “Samsunspor”a verən “Beşiktaş” keçmişdə qazandığı çempionluqlar sayəsində gəliri 409,1 milyon lirəyə (11,7 milyon dollar) çatıb və reytinqdə üçüncü olub.


Super Liqadakı 19 komanda yayımdan cəmi 4,9 milyard lirə gəlir əldə edib. Məzənnənin mövsüm ortalaması (1 dollar = 34,86 lirə) əsas götürüldükdə, klubların valyuta gəlirləri 140,6 milyon dollar olaraq formalaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
10
2
bizim.media

3Mənbələr