AZ

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihəyə start verilib


2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı adlı layihəni uğurla həyata keçirən Azərbaycan Aşıqlar Birliyi Agentliyin 2025-ci il üçün kiçik qrant müsabiqəsində də qalib olanlar sırasındadır. Bu il həyata keçirilməsi nəzərdə tutulan layihənin mövzusu yenə Qərbi Azərbaycanla bağlıdır. Ötənilki layihənin bir növ davamı olan hazırkı layihə“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlanır. Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək,öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir.
Layihədə əsas diqqətin Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəldilməsi nəzərdə tutulur. Bu tarixi torpaqlarımızdayaradılmış və aşıqların repertuarında zaman-zaman mühüm yer tutmuş dastanlar kitab halında nəşr olunaraq saz-söz ictimaiyyətinə çatdırılacaq ki, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaransın, həm də aşıqlar, xüsusilə də gənc aşıqlar bu dastanlarla yaxından tanış olmaq imkanı qazansınlar.

Üç ay ərzində yekunlaşdırılması nəzərdə tutulan layihənin icrasına başlanılıb.
İradə SARIYEVA

Seçilən
3
1
baki-xeber.com

5Mənbələr