AZ

SAXAL İranda raket anbarlarına yeni zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri İranda onlarla raket buraxılış qurğusuna və raket anbarlarına növbəti hava zərbələri endirib.

Bu barədə məlumatı Busaat.az İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidmətinə istinadla yayıb.

İsrail Hərbi Hava Qüvvələri İranda İsrailə istiqamətlənmiş bir sıra ballistik raketləri məhv edib.

Busaat.az xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat verib.

“Hərbi-Hava Qüvvələri İsrail dövlətinə yönəlmiş ballistik raketləri məhv edib”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Nəticədə bir neçə yüksəkrütbəli hərbçi və nüvə alimi öldürülüb.

Seçilən
37
1
busaat.az

2Mənbələr