Fövqəladə Hallar Nazirliyi tərəfindən “SOCAR Upstream Management International” MMC-də maarifləndirmə tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd iştirakçılara fövqəladə hallar, o cümlədən yanğınlarla əlaqədar davranış və ilkin tibbi yardım qaydalarının aşılanması olub.
FHN-in İctimaiyyətlə əlaqə idarəsi, Dövlət Yanğından Mühafizə və Tibb xidmətlərinin birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirdə fövqəladə hallar, eləcə də ildırım, zəlzələ və yanğınlarla əlaqədar zəruri davranış qaydaları, ilkin tibbi yardım tədbirləri barədə ətraflı məlumat verilib, mövzular barədə videoçarxlar nümayiş etdirilib.