İsrailin hücumları zamanı Tehranda 78 nəfər həlak olub, 329 nəfər yaralanıb.
News365.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib.
Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb. İran yaxın günlərdə sərt cavab tədbirlərinin görüləcəyini elan edib.