İsrail ordusu bu gün növbəti - üçüncü dəfə Təbrizə zərbələr endirib.
İran mətbuatının yazdığına görə, son zərbələr də hava limanı rayonuna endirilib. Zərbələr nəticəsində ərazidə güclü yanğınlar baş verib.
Bundan başqa, Məşhəd və Həmədan şəhərlərindəki strateji obyektlər və hərbi bazalar da zərbələr məruz qalıb.
Qeyd edək ki, 13 iyun səhər tezdən İsrail İrana hava zərbələri endirib.