İsrail hərbçiləri İran Hərbi Hava Qüvvələrinin rəhbərliyinin böyük hissəsini zərərsizləşdirib.
Bildirilib ki, israilli hərbçilər ölkənin müdafiə naziri İsrail Katzı bu barədə məlumatlandırıblar.
Qeyd olunub ki, İran HHQ-nin rəhbərliyi yeraltı qərargahda iclas zamanı öldürülüblər.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrailin İrana zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami, eləcə də digər yüksəksəviyyəli hərbi şəxslər həlak olub.