AZ

Paytaxtda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtın müxtəlif ərazilərində baş vermiş qəzalarla bağlı sürücülərə müraciət edib.


Manset.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, kameraların qeydə aldığı bu qəzalardan biri Nəsimi rayonu, Azadlıq və Vaqif prospektlərinin, digəri isə Nərimanov rayonu, Təbriz və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişmələrində baş verib. Hər iki qəza zamanı işıqforlara zərər dəyib, yolun kənarında dayanan piyada isə xəsarət alıb:

"Bu cür qəzalar bəzi sürücülərin yüksək sürətlə avtomobili idarə etməsi, işıqforun qadağanedici işarəsinə məhəl qoymaması, nizamlanan və nizamlanmayan yolayrıcı, manevretmə və digər qaydalara əməl etməməsi səbəbindən baş verir.

Qəzalar zamanı yol infrastrukturuna ziyan dəyir, işıqforlar yararsız vəziyyətə düşür".

"Sürücülərin diqqətinə çatdırırıq ki, belə qəzalar daha çox mərkəzi küçə və prospektlərdə, piyadaların intensiv olduğu yollarda qeydə alınır. Buna görə də onlar özlərinin və digərlərinin həyatını təhlükəyə atmamaq üçün qaydalara əməl etməli və yolayrıclarına daxil olarkən diqqətli olmalıdırlar", - deyə müraciətdə qeyd olunub.


Seçilən
12
8
manset.az

10Mənbələr