AZ

PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ilk tədbiri baş tutub!

Bakı. Trend:

Bir müddət öncə, PAŞA Holding tərəfindən “Business Talks byPASHA Holding” adlı yeni platforma təqdim olunub. Bu platformamüasir biznes dünyasında baş verən əsas tendensiyaların,çağırışların və strateji yanaşmaların müzakirə olunduğu peşəkardialoq və fikir mübadiləsi mühitidir. Layihənin əsas məqsədi yerliiqtisadiyyat iştirakçıları üçün müxtəlif sahələrdə baş verənyenilikləri və trendləri birgə müzakirə etmək, fikir mübadiləsiaparmaq və peşəkarlar arasında şəbəkələşməni gücləndirməkdir.

Platformanın ilk tədbiri 13 iyun 2025-ci il tarixində PAŞAHolding-in təşkilatçılığı və EY Azərbaycan, S&P Global, eləcədə Bakı Fond Birjası şirkətlərinin tərəfdaş dəstəyi ilə keçirilib.Açılış tədbiri dayanıqlı maliyyə mövzusuna həsr olunub vəAzərbaycanın aparıcı biznes və maliyyə sektoru nümayəndələrini biraraya gətirib.

Tədbirin əsas məqsədi ESG hesabatlılığı, ESG reytinqləri vəiqlimlə bağlı maliyyə riskləri sahəsində beynəlxalq təcrübələrin,yeni çağırışların və strateji yanaşmaların müzakirəsi, eləcə dəyerli bazar oyunçuları arasında şəbəkələşmənin gücləndirilməsiolub.

Açılış nitqləri ilə Azərbaycan Respublikasının Baş NazirininMüavini Samir Şərifov, İqtisadiyyat Naziri Mikayıl Cabbarov,Mərkəzi Bankın Sədri Taleh Kazımov, PAŞA Holding-in Baş İcraçıDirektoru Cəlal Qasımov, eləcə də EY Azərbaycan şirkətininİdarəedici Partnyoru İlqar Vəliyev çıxış ediblər.

Azərbaycan Respublikasının Baş Nazirinin Müavini Samir Şərifovqeyd edib ki: “ESG prinsiplərinin effektiv təşviqi və tətbiqi üçünölkəmizdə institusional çərçivə də formalaşmaqdadır. Belə ki,təxminən iki il əvvəl rəhbərlik etdiyim Biznes Mühiti və BeynəlxalqReytinqlər üzrə Komissiyanın nəzdində ESG standartlarının təşviqiməqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyiilə yaradılmış Ekoloji, sosial və korporativ idarəetmə (ESG)standartları üzrə altqrupu, dövlət, özəl və ictimai sektor arasındakoordinasiyalı və sistemli yanaşmanın əsasını qoymuşdur”.

İqtisadiyyat Naziri Mikayıl Cabbarov Azərbaycaniqtisadiyyatındakı keyfiyyət dəyişiklikləri və inkişafperspektivləri barədə məlumat verib, dövlətlə özəl sektor arasındandialoqun önəmini vurğulayıb. Ekoloji, sosial və korporatividarəetməni ehtiva edən ESG prinsiplərinin əhəmiyyətini qeyd edəniqtisadiyyat naziri bildirib ki, dayanıqlı maliyyələşmə vərəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılmasında buprinsiplər mühüm rol oynayır. Qlobal çağırışlar fonunda ESGyanaşmasının tətbiqi uzunmüddətli inkişafı hədəfləyən uğurlu biznesmodellərinin qurulması üçün zəruri şərtlərdəndir.

Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Taleh Kazımovölkədə yaşıl keçidin sürətlənməsi və dayanıqlı maliyyənin təşviqiistiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlarvə gələcək planlar barədə ətraflı məlumat verib. O, Mərkəzi Banktərəfindən qəbul edilmiş “Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi”,eləcə də “2024–2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişafStrategiyası” çərçivəsində dayanıqlı maliyyənin əsas prioritetistiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib.

Bundan əlavə, PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasəmovqeyd edib ki: “Business Talks by PASHA Holding platformasının üçəsas vəzifəsi mövcuddur: "Yalnız uğur hekayələrini deyil, həm dəreal təcrübələri, yol verilmiş səhvləri və onlardan çıxarılandərsləri auditoriyaya təqdim etmək. Yeni trendlər, bacarıqlar vədüşüncə tərzləri vasitəsilə biznes liderlərinin inkişafpotensialını gücləndirmək. Dövlət qurumları ilə eyni masa ətrafındatoplanaraq mövcud çağırışları açıq şəkildə müzakirə etmək və birgəhəll yolları formalaşdırmaq”.

Tədbir çərçivəsində iki panel müzakirəsi və bir interaktivdialoq sessiyası keçirilib. Panel müzakirələrində ESG və kreditreytinqləri, hesabatlılıq və risklərin idarə olunması ilə bağlıbeynəlxalq və yerli ekspertlər öz təcrübələrini bölüşüblər. Eynizamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoruŞahin Mahmudzadə ilə dayanıqlı maliyyəyə dair dialoq formatındamaraqlı fikir mübadiləsi aparılıb.
Spikerlər arasında S&P Global Ratings, ACCA, EY, Bakı FondBirjası, Beynəlxalq Maliyyə Korporasiyası, PAŞA Holding, Azercell,Kapital Bank, SOCAR və NEQSOL Holding kimi təşkilatların yüksəksəviyyəli nümayəndələri yer alıb. Müzakirələrdə ESG-nin biznesətəsiri, korporativ reytinqlərə təsir edən amillər, yeni hesabatlıqtələbləri və gələcək risklər dərin təhlil edilib.

“Business Talks by PASHA Holding” platformasının növbətitədbirlərində də biznes aləmini maraqlandıran strateji və aktualmövzuların müzakirəsi planlaşdırılır.

PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
Seçilən
27
4
az.trend.az

5Mənbələr