Bağdad İsrailin İrana qarşı genişmiqyaslı hücumu zamanı İraqın hava məkanını pozması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına şikayət edib.
“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu hərəkətlər İraqın suverenliyinin kobud şəkildə pozulmasıdır", - nazirlik bildirir və BMT Təhlükəsizlik Şurasını "öz öhdəliklərini yerinə yetirməyə", "bu cür pozuntuların təkrarlanmaması” üçün tədbirlər görməyə çağırır.