Bu barədə Ajans.az APA-ya istinadən xəbər verir. Tədbirdə çoxsaylı qonaqlarla yanaşı, bir neçə ölkənin parlament sədrlərinin də iştirakı gözlənilir. Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova plenar sessiyada açılış nitqi ilə çıxış edəcək. Tədbir çərçivəsində təşkilatın Büro, Daimi komitə, həmçinin iqtisadi, hüquqi və sosial sahələr üzrə komitələrinin iclasları keçiriləcək, o cümlədən bir sıra təşkilati məsələlərə baxılacaq. Plenar sessiyada isə “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək. Tədbir çərçivəsində QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.