AZ

“Hörümçək toru” və “Yüksələn şir in uğuru Kimin işidir?

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

“Hörümçək Toru” (Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyadakı əməliyyatı – red.) və “Yüksələn şir”i (MOSSAD-ın İrandakı əməliyyatı – red.) sanki eyni mənbə hazırlayıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“İsrailin İran ərazisində keçirdiyi “Yüksələn şir” əməliyyatı ilə daha öncə Ukraynanın Rusiyaya qarşı tətbiq etdiyi uğurlu “Hörümçək toru” taktikası arasında ciddi oxşarlıqlar var.

Hər iki halda əsas prinsip belə idi:

- hücum xaricdən deyil, daxildən edilir;

- hücum başlamamışdan əvvəl radar sistemləri sıradan çıxarılır;

- dronlardan istifadə edilir.

“Hörümçək toru” zamanı rus ordusunun hava müdafiə sistemləri müəmmalı şəkildə susdu – sonra məlum oldu ki, Ukrayna kəşfiyyatı tərəfindən öncədən Rusiya ərazisində dronların da yerləşdiyi nəqliyyat vasitələrinə quraşdırılmış radioelektron qurğular HHM sistemlərini deaktiv edib. Məhz bu dronlar vasitəsilə Rusiyanın 40-dan çox strateji təyyarəsi sıradan çıxarıldı.

“Yüksələn şir”də isə İsrail raket hücumları ilə yanaşı, MOSSAD-ın güclü xəfiyyə şəbəkəsilə İranın mərkəzinə öncədən dron bazaları yerləşdirib, hava hücumundan müdafiə sistemlərinin yaxınlığına radioelektron qurğuları quraşdırıb və hücumun başlanğıcında HHM sistemləri tam iflic olub.

Məhz bu dronlar vasitəsilə İsrail İran generallarını elə evlərində öldürə bilib və nüvə obyektlərinə dəqiq zərbə endirib.

Bu tip əməliyyatlar bir daha göstərir ki, texnologiyalar, kəşfiyyat və sabotaj şəbəkələri müasir müharibələrdə mühüm amilə çevrilib”, - deyə o qeyd edib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
4
axar.az

4Mənbələr