AZ

Millimiz Moldova ilə qarşılaşacaq Heyət bilindi

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-16 hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək.

Aqil Nəbiyevin komandası iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlayacaq.

Toplanışa aşağıdakı futbolçular dəvət olunublar:

Bilal Hacıyev – "Qarabağ"

Kamal Camalzadə – "Neftçi"

Uğur Qurbanlı – "Qarabağ"

Roman Fərzəli – "Qarabağ"

Vaqif Nəbiyev – "Qarabağ"

Firdovsi Şeydayev – "Sabah"

Tunar Əsgərzadə – "Qarabağ"

Cavidan Əlizadə – "Qarabağ"

Daniil Rəcəbov – "Qarabağ"

Mehdi İsmayılov – "Qəbələ"

Tunar Bayramov – "Qəbələ"

Mehdi Hüseyn – "Marcet" (İspaniya)

Ramil Hacıyev – "Zirə"

Yusif Orucəliyev – EFA

Rəsul Balakişiyev – "Marcet" (İspaniya)

Ömər Kosayev – "Sumqayıt"

Ruslan Quliyev – "Neftçi"

Şikar Şikar – "Neftçi"

Vaqif Məmmədli – "Sabah"

Əli Bəşirov – "Qarabağ"

Nicat Əhmədzadə – "Marcet" (İspaniya)

Nihat Hüseynzadə – "Sabah"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
qol.az

4Mənbələr