Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xalq artisti Tariyel Qasımova Bilgəh Kardioloji Sanatoriyasında hörmətsizlik olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya aktyorun özü məlumat verib.
Aktyorun sözlərinə görə, buna səbəb ona göndərişdə göstərilən tək otağın verilməməsi olub:
“Bir həftə qaldım, çox pis şəraiti var, insanlara pis qulluq edirlər. Bu səbəbdən də acıq edib getdim. Acığın da dövlətə ziyanı var. Həmin sanatoriyada hər il oluram. Mənə gözəl qulluq ediblər, sənətkara, aktyora xüsusi diqqət olub. İndi oraya təzə rəhbərlik gəlib, davranışını, özünü idarə edə bilmir. Göndərişim var, orada hər şey qeyd edilib. Mən də həmin sənədə əsasən dedim ki, otaqda tək qalmaq istəyirəm. Mən həmişə tək qalmışam, adamla qala bilmirəm. Bu da normal bir şeydir. Direktor isə mənim otağıma ikinci bir adam göndərdi. Dedim ki, axı mənim sənədimdə tək adamlıq otaq yazılıb. Nə mənə baxdılar, nə də əlimdəki sənədə. Odur ki, acıq edib çıxdım”.
86 yaşlı sənətçi bildirib ki, sanatoriyadan yarımçıq qayıtsa da, direktor qəti onunla maraqlanmayıb:
“Belə şey olar, ildə bir dəfə göndəriş alırdım. O da batdı”.
Qeyd edək ki, sözügedən sanatoriyanın direktoru kardioloq Afiyəddin İsgəndərovdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.