Son bir həftə ərzində Sumqayıt şəhəri və Bərdə rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, araşdırma zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 30-cu kilometrliyində “Azərtexnolayn” MMC-yə məxsus ərazidə və Bərdə rayonu Arabaçılar kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 30 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.