AZ

Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Abşeron rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

 Tribunainfo.az  xəbər verir ki, iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzinə davam etdirilən tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqını dövrünün siyasi və keşməkeşli proseslərindən necə xilas etdiyi, vətənimiz, millətimiz üçün nə qədər böyük işlər gördüyü zaman ötdükcə daha çox dərk olunur. Qeyd edilib ki, dünyanın bugünkü siyasi gündəminə baxdıqda, beynəlxalq aləmdə cərəyan edən qeyri-sabitliyi müşahidə etdikcə müasir Azərbaycanın belə müvəffəqiyyətli gələcəyə çatması üçün Ulu Öndərin vaxtında həyata keçirdiyi uğurlu siyasətin müstəsna əhəmiyyətini qeyd etməmək olmaz. Azərbaycanın bu günə qədər əldə etdiyi bütün nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yanaşmış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Liderin fəaliyyəti nəticəsində ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışan icra başçısı Ulu Öndərin milli ruhun dirçəldilməsində, dövlətçilik ənənələrinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən söz açıb. Qeyd olunub ki, bütün həyatı və fəaliyyəti boyunca daim vətənini, onun suverenliyini, dövlətimizin güclənməsini düşünən Heydər Əliyev Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən, bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək üçün misilsiz xidmətlər göstərmişdir.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşən ordumuz Vətən müharibəsində düşmən üzərində şanlı Qələbə qazanıb və bununla da ata nəsihəti yerinə yetirilib.

Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Maliyyə İdarəsinin rəisi Bəhruz Məmmədov, şəhid Əbdülməcid Axundovun anası, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Abşeron rayon üzrə nümayəndəsi Ceyran Həsənova çıxış edərək Ulu Öndərin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini bildiriblər.

Daha sonra respublikamızın tanınmış incəsənət ustalarının ifasında bədii hissə təqdim olunub.

Seçilən
12
11
tribunainfo.az

10Mənbələr