İspaniyanın "Real" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, La Liqa nəhəngi "River Pleyt"dən Franko Mastantuononu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Real" argentinalı vinger üçün onun klubuna 45 milyon avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Franko Mastantuono "River Pleyt"in yetirməsidir. Argentina millisinin üzvü bu mövsüm klubunun heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək
“Liverpul” Virtz transferini tamamlayıb
“Arsenal” Qyökereş üçün “Sportinq”ə rəsmi təklif göndərib
“Milan”dan növbəti transfer həmləsi: Qranit Caka
“Fənərbaxça” Antonini icarəyə götürmək istəyir