ain.az, Ses qazeti saytına istinadən bildirir.
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş “15 İyun 1993 - Qurtuluş tariximizin imzası” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, partiya veteranı Vahid Qurbanov qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki prinsipiallığı, təhlükəli kompromislərə getməməsi və vətənpərvər mövqeyi onu qeyri-adi siyasi lider kimi fərqləndirirdi. Onun xalqla birbaşa təması, açıq ünsiyyət qurmaq bacarığı və şəffaf idarəçilik yanaşması cəmiyyətin ona olan inamını daha da möhkəmləndirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz həmin gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun və gələcəyə doğru inamla irəliləməsinin başlanğıcı oldu. Milli Qurtuluş Günü olaraq tarixə düşən bu gün, ölkənin böhran şəraitindən çıxış strategiyasının uğurla tətbiq edildiyi tarixi mərhələnin başlanğıcını qoydu.
Tədbirin sonunda bir qrup partiya fəalına diplom və hədiyyələr, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.