Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, İsrail–İran konfliktinin iqtisadiyyata iki istiqamətli təsiri ola bilər:

“Birincisi, İranın enerji ixracı ilə bağlı yarana biləcək risklərdir. Bu konflikt fonunda ola bilsin, İranın enerji ixracına daha sərt sanksiyalar tətbiq edilsin, ixrac infrastrukturu dağıdılsın ki, İran cavab vermə prosesini maliyyələşdirməkdə çətinlik yaşasın. Belə olduğu təqdirdə, gündəlik bazara çıxarılan neftin təxminən 5 faizini təmin edən İranın mövqeyinin zəifləməsi qısamüddətli dövrdə qiymətlərin artmasına gətirib çıxaracaq. Bunun nəticələri ötən gündən neft bazarında əks olunmağa başlayıb.
İkinci istiqamət İranın özünün neft axınlarını bu və ya digər şəkildə manipulyasiya etmək imkanlarıdır. Hörmüz boğazında İranın ciddi təsir imkanları mövcuddur. Bu körfəz dünyada neft təchizatında ən önəmli keçid nöqtələrindəndir”.
Cavidan Mirzəzadə
Demokrat.az
4Mənbələr
-
demokrat.azBu baş versə, işsizlik artacaq — AÇIQLAMA ( 18961240)
-
demokrat.azBu baş versə, Azərbaycanda inflyasiya və qiymət artımı olacaq — AÇIQLAMA ( 18326020)
-
demokrat.azOPEC və OPEC+ ölkələri hasilatı artıra bilərlər — AÇIQLAMA ( 18213331)
-
demokrat.azBu baş versə, Azərbaycana valyuta gəlirləri artacaq—AÇIQLAMA ( 18199159)