AZ

"Talış mətbəxi"nin sahibi xidmətçi qadını döydü

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda fəaliyyət göstərən "Talış mətbəxi" kafesinin rəhbəri xidmətçi qadına zor tətbiq etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Bakupost.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, 1970-ci il təvəllüdlü, Lerik rayonunun Lüləkəran kənd sakini Hikmət Səmədov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

İttihama görə, Hikmət Səmədovun icarə əsasında işlətdiyi Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Talış mətbəxi" kafesinde xidmətçi kimi çalışan Məlahət adlı qadınla insident yaşanıb.

Hadisə gecə saat 01:00 radələrində baş verib. Məlahət evə getmək istədiyini və yorulduğunu bildirərək icazə istəyib. Kafedəki gərginlik bundan sonra başlayıb. İddialara görə, Hikmət Səmədov qadına getməyə icazə verməyib, xidmətini davam etdirməyi tələb edib. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb.

Əsəbiləşən Hikmət əvvəlcə əlindəki pivə bakalını yerə çırparaq sındırıb, daha sonra isə qadının sinəsinə yumruqla zərbə endirib və ona xəsarət yetirib.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
3
www.bakupost.az

5Mənbələr