İsrailin hücumundan sonra İranlı vəzifəlilər mənə zəng etməyə çalışır.
Operativ Media xəbər verir ki, Donald Tramp iddia edib ki, İsrailin İrana qarşı hücumundan sonra İranlı rəsmi şəxslər ona zəng etməyə çalışırlar.
Trampın sözlərinə görə, İran tərəfi onunla nüvə sazişi bağlamaq üçün əlaqə qurmaq niyyətindədir.
Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib.
Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib.
İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar.
Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.