AZ

Ukrayna Rusiya aktivləri hesabına Aİ dən daha 1 milyard avro alıb

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ukrayna Avropa İttifaqından növbəti yardım tranşı alıb. “ERA Kredit” proqramı çərçivəsində dövlət büdcəsinə 1 milyard avro vəsait daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, bu tranş Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ayrılıb.

“Yatırılan vəsaiti dövlət büdcəsinin əsas xərcləri üçün istifadə edəcəyik”, -deyə hökumət başçısı yazıb.

Bu, artıq G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində Aİ-nin makromaliyyə yardımının beşinci tranşıdır. Ümumilikdə, Ukrayna ERA təşəbbüsü çərçivəsində artıq Avropa İttifaqından 7 milyard avro alıb.

Qeyd edək ki, ERA G7 ölkələrinin Ukraynaya 50 milyard dollar köçürməsini nəzərdə tutur ki, bunun da 18,1 milyard avrosu (20 milyard dollar) Aİ-nin töhfəsidir.

2025-ci ildə Avropa İttifaqı Ukraynaya 10,5 milyard avro birbaşa büdcə dəstəyi verib. “Bu, bütün beynəlxalq tərəfdaşlar arasında ən böyük töhfədir”, -deyə Ukraynanın maliyyə naziri Sergey Marçenko bir müddət əvvəl bildirib.

Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, Avropa İttifaqı 2022-ci ilin fevral ayından bəri Ukraynaya birbaşa büdcə yardımının ən böyük təminatçısı olub və prioritet dövlət büdcəsi xərcləri üçün 52,5 milyard avro vəsait ayırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
3
yeniazerbaycan.com

4Mənbələr