AZ

Milan Belçika klubunun yarımmüdafiəçisi ilə maraqlanır

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliyanın "Milan" klubu Belçika təmsilçisi "Brügge"nin yarımmüdafiəçisi Ardon Yaşari ilə maraqlanır.

Bu barədə "Blick" nəşri məlumat yayıb.

"Milan” 22 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro ödəməyə hazırdır. "Brügge" isə futbolçunu 40 milyon avroya satmaq istəyir.

İsveçrəli futbolçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı onun dəyərini 32 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Ardon Yaşari ötən mövsüm "Brügge"nin heyətində 52 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
azxeber.com

3Mənbələr