AZ

Xocalıda voleybol turniri keçirilib

Xocalı, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Xocalı rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş voleybol idman növü üzrə turnir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı şəhər 1 nömrəli tam orta məktəbin idman zalında keçirilən tədbirdə Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin və Xocalı rayon Ballıca kənd tam orta məktəbin şagirdlərindən ibarət komandalar mübarizə aparıblar.

Yarışın nəticələrinə görə Ballıca məktəbinin komandası birinci, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin komandası ikinci, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.

Qalib komandalar Qarabağ Regional Gənclər və İdman idarəsinin fəxri fərmanı və kuboku ilə təltif olunublar.

Seçilən
7
1
azertag.az

2Mənbələr