2025-ci il iyunun 30-da "Əl Nəsr" ilə müqaviləsinin müddəti başa çatacaq Kriştianu Ronaldunun gələcəyi hələ də sual altındadır.

Offsideplus.az xəbər verir ki, Millətlər Liqasını qazanandan sonra portuqaliyalı ulduz zədəsini sağaltmaqla məşğuldur. 40 yaşlı hücumçu daha öncə klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlasa da, Mərakeşin "Vidad" klubu Ronaldu barədə açıqlama verib. Klub rəsmiləri yerli mətbuata məşhur futbolçu ilə mümkün transfer barədə danışıqlar aparıldığını bildirib. 

Qeyd edək ki, "Vidad" klublararası dünya çempionatında G qrupunda, "Mançester Siti", "Yuventus" və "Əl Əin"ə qarşı mübarizə aparacaq.