AZ

U-16 millimizin Bakıda toplanışı olacaq - siyahı

16 yaşadək futbolçulardan ibarət millinin sabahdan iyunun 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.

"Football-plus.az" xəbər verir ki, U-16 hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək. Aqil Nəbiyevin komandası iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18.00-da başlayacaq.

Toplanışa dəvət olunan futbolçular: Bilal Hacıyev, Əli Bəşirov, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Tunar Əsgərzadə, Cavidan Əlizadə, Daniil Rəcəbov (hamısı “Qarabağ”), Mehdi İsmayılov, Tunar Bayramov (hər ikisi “Qəbələ”), Mehdi Hüseyn, Rəsul Balakişiyev, Nicat Əhmədzadə (hamısı “Marcet”, İspaniya), Ramil Hacıyev (Zirə), Yusif Orucəliyev (EFA), Ömər Kosayev (Sumqayıt), Ruslan Quliyev, Kamal Camalzadə, Şikar Şikar (hamısı “Neftçi”), Vaqif Məmmədli, Nihat Hüseynzadə, Firdovsi Şeydayev (hamısı “Sabah”).

Seçilən
22
3
football-plus.az

4Mənbələr