Bakı. Trend:
Gürcüstanda azərbaycandilli məktəblərin şagirdləri arasında ilkdəfə Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
“Maarif” təşkilatının rəhbəri, gənc fəal Aygül İsayeva ölkədəkiazərbaycandilli 116 məktəbdə seçim turlarının keçirilidiyini və 105şagirdin yekun tura vəsiqə qazandığını bildirib.
Yekun tur Marneuli şəhərindəki Azərbaycan Evində AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi vəGürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığıilə baş tutacaq.
Olimpiadanın əsas məqsədi məktəblilər arasında Azərbaycan dilinəmarağın artması, ana dilimizin qorunması, inkişafı və gələcəknəsillərə ötürülməsidir. Eyni zamanda, şagirdlərə dil bilikləri iləyanaşı, yazılı və şifahi ünsiyyət bacarıqlarını nümayiş etdirməkimkanı yaradılacaq.
Qeyd edək ki, bu cür tədbirlər Gürcüstanda yaşayanazərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilindətəhsilin təşviqinə və ictimai inteqrasiyanın güclənməsinə xidmətedir.