AZ

Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - FOTO/VİDEO/RƏSMİ

  Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Referans-a verilən məlumata görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.

Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Elşən Əliyev ürək-damar cərrahıdır və bir sıra özəl klinikalarda çalışıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.  


Seçilən
12
36
referans.az

10Mənbələr