Xarici KİV-in məlumatlarına əsasən, ehtiyat enişi edən bəzi reyslərdə erməniəsilli Rusiya Federasiyası vətəndaşları da olub.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq qeyd olunub ki, bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib. Onlara beynəlxalq aviasiya qanunvericiliyinə uyğun xidmət göstərilib.
Hazırda mövcud məlumata əsasən, ehtiyat enişi etmiş reyslərin yarıdan çoxu artıq uçuşlarına davam edib. Digər reyslər üzrə isə koordinasiya prosedurları beynəlxalq standartlara uyğun şəkildə davam etdirilir.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri öldürülüb. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.
7Mənbələr
-
olke.azBakı aeroportundan erməniəsilli sərnişinlərlə bağlı açıqlama ( 18220321)
-
axar.azErmənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama ( 18220147)
-
oxu.azBakı aeroportunda erməniəsilli şəxslər daxil olmaqla bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub ( 18220108)
-
buta.tvErmənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama ( 18219409)
-
demokrat.azBakı aeroportunda erməniəsilli şəxslər daxil olmaqla bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub ( 18218374)
-
hakimiyyet.azBakı aeroportundan erməniəsilli sərnişinlərlə bağlı açıqlama ( 18217906)
-
report.azBakı aeroportunda erməniəsilli Rusiya vətəndaşları daxil olmaqla bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub - EKSKLÜZİV ( 18217507)