Ajans.az xəbər verir ki, hadisə Təbriz küçəsində, məscid yaxınlığında baş verib. Yol nəqliyyat hadisəsi zamanı “Mercedes”, “Hyundai” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 2000-ci il təvəllüdlü Kənan Nəsirli və "BMW"-nin sürücüsü, 1985-ci il təvəllüdlü Zamiq İsmayılov xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır.