AZ

Şəmkirdə kanalda batan şəxslərin meyiti sudan çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

 

Nazirlikdən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Axtarışlar davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Seçilən
17
6
sfera.az

10Mənbələr