AZ

“Azərişıq” ASC-nin nümayəndələri Xızıda fermer və sahibkarlarla görüşdü - Foto

Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə mütəmadi görüşlər təşkil edir. Onların fikirləri, təklifləri və tövsiyələri dinlənilir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən keçirilən belə tədbirlərdən biri Xızıda baş tutub.

Publika.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Həbib Əzizov, Xızı rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Əliyev iştirak edib.

Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.

Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Seçilən
12
8
publika.az

10Mənbələr