AZ

Xalqın taleyini düşünərək qətiyyətli addımlar ata bilməyən lidersiz bir ölkənin gələcəyi parlaq olmur

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bir gün sonra 15 iyun Milli Qurtuluş Gününü qeyd edəcəyik. Bu tarix xalqımızın və müstəqil dövlətimizin taleyinin böyük bəlalardan xilas olunduğu unudulmaz bir gündür. Xalqımız xoşbəxtdir ki, dövlətin çətin günündə müraciət edilə bilən və inanaraq öz taleyini etibar edə bildiyi ümummilli lider Heydər Əliyev kimi dahi bir şəxsiyyəti oldu. Heydər Əliyev kimi böyük liderimiz olmasaydı ikinci dəfə müstəqilliyinə qovuşmuş dövlətimizi və xalqımızı nələr gözlədiyini təsəvvür etmək heç də çətin deyildi. Çünki, əksəriyyətimiz o təlatümlü günlərin şahidi olmuşuq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xalqın taleyini düşünərək qətiyyətli addımları ata bilməyən lidersiz bir ölkənin gələcəyi heç də parlaq olmur: “Dünyada baş verən hadisələr və xalqın gələcəyini düşünərək ölkəni bəlalardan qurtara biləcək rəhbərləri olmayan ölkələrin yaşadıqları faciəli günlər gözümüzün qarşısında baş verir. Bu baxımdan 90-cı illərin əvvəlində yaşadığımız acı taleyimizin xilaskarı ulu öndər Heydər Əliyevin dövlətimizin, o cümlədən hər birimizin və həm də gələcək nəsillərimizin həyatında rolunun əvəzsiz olduğunu həmişə qeyd olunacaq. Çünki, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının elə bir arxitekturasını yaratdı ki, bu arxitektura dövlət müstəqilliyimizin daimiliyi üzrə təminatçıya çevrildi. Dahi lider həyatımıza "azərbaycançılıq" ideologiyasını gətirməklə, xalqımızın monolit birliyi və həmrəyliyini sarsılmaz edərək vahid müstəqil dövlət modelini yaratdı”.

Azər Badamov

“Ərazilərini işğaldan azad edərək erməni separatizmin kökünü kəsən, beynəlxalq siyasi münasibətlər sistemində layiqli yerini tutan, yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti yaranıb. Bu gün Azərbyacan Respublikası ata vəsiyyətini sədaqətlə yerinə yetirən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qalib və güclü bir dövlətə çevrilib”-deyən deputat vurulayıb ki, 15 iyun həm də azad Şuşada tarixi "Şuşa Bəyannaməsi"nin imzalandığı gündür.

“Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamı, məhz Şuşada iki qardaş ölkənin rəhbərləri tərəfindən Müttəfiqlik Bəyannaməsi imzalamaqla rəsmiləşdirərək dostluq və qardaşlığımızın möhkəm olduğunu bir daha dünyaya bəyan etmiş oldu. Bu gün uğurlarımızı görən dahi Liderimizin ruhu şaddır və Azərbaycan dövləti yaşadıqca xalqımızla bir yerdə əbədi yaşayacaq”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizimyol.info

2Mənbələr