AZ

Çempion Udineze nin bombardirinin razılığını aldı SON DURUM

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Udineze"nin hücumçusu Lorentso Lukka karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.

Məlumata görə, onun xidmətində "Napoli" maraqlıdır. Xəbərdə Neapol təmsilçisinin artıq 24 yaşlı forvardla şəxsi müqavilənin detallarını razılaşdırdığı vurğulanıb. Son İtaliya çempionunun hazırda "Udineze"ni yola gətirməyə çalışdığı bildirilib.

Qeyd edək ki, Lukka ötən mövsüm "Udineze"nin ən yaxşı bombardiri olub. A Seriyasında 33 matça çıxan ön xətt oyunçusu 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.

Nihat

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
fanat.az

2Mənbələr