İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın İsrail hücumlarına görə məsuliyyət daşıdığını bəyan edib.
Bu barədə “Tasnim” qurumun bəyanatına istinadən məlumat yayıb.
"İrana qarşı hücumun təhlükəli və genişmiqyaslı nəticələri İsrail və onun tərəfdarlarının üzərinə düşəcək", - bəyanatda vurğulanıb.
XİN-dən bildirilib ki, İsrail ABŞ-ın koordinasiyası və icazəsi olmadan İrana hücumlar edə bilməzdi: “Birləşmiş Ştatların hökuməti, bu rejimin əsas tərəfdarı kimi bu təhlükəli nəticələrə görə məsuliyyət daşıyacaq".