Əməkdar artist Sevinc Əliyeva şəxsi həyatı barədə maraqlı etiraf edib.
Ölkə.Az xəbər verir ki, 2 ay ailəli olduğunu deyən aktrisa sonralar həyatındakı sevdiyi şəxsdən danışıb.
O, ailə qura bilməməsi səbəbini isə belə əsaslandırıb:
"Cəmi 2 ayın gəlini olmuşam. Yenidən ailə qurardım, amma dövr elə idi ki, dəyişiklik baş verdi. Uşaqla olanda məni istəmədilər. Dedilər ki, uşağı ver, elə ailə quraq". (milli.az)