AZ

İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək

İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək.

Operativ Media xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz İranın İsrailin mülki yaşayış məntəqələrinə raket hücumu ilə bağlı sərt bəyanatla çıxış edib.

“İran İsraildəki mülki ərazilərə raket atmağa cəsarət etməklə qırmızı xətti keçdi. Biz İsrail vətəndaşlarını qorumağa və ayətullah rejiminin bu cinayətkar əməllərinə görə çox yüksək qiymət ödəməsini təmin etməyə davam edəcəyik,” – deyə Katz bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.

Seçilən
67
50
operativmedia.az

10Mənbələr