AZ

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.

Bu barədə Oxu.Az-a təyyarədə olan sərnişin məlumat verib.

Sərnişinin iddiasına görə, təyyarə qəza vəziyyəti ilə üzləşib, buna görə də geri dönməli olub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan istiqamətində planlaşdırılan "J2 257" nömrəli reysi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti (tufan) səbəbindən geri qayıdıb:

"Sözügedən reys Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək".

Seçilən
24
13
demokrat.az

10Mənbələr