AZ

KİV: İsrail yenidən İrana hücum etdi - Tehranda partlayış baş verdi

BAKI, 14 iyun. TELEQRAF

İranın paytaxtı Tehran şəhərində partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Parlayışın İsrailin hücumu nəticəsində baş verdiyi güman edilir.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natanz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
İranın buna cavab olaraq həyata keçirdiyi əməliyyat çərçivəsində İsrail ərazisinə 150-dən çox ballistic raket atılıb.

Seçilən
56
50
teleqraf.com

10Mənbələr