İranın Ali Rəhbəri Əli Xamenei ordunun baş komandanı postuna sabiq müdafiə naziri Əmir Hatəmini təyin edib.
“Qafqazinfo” xarici KİV-ə isinadən xəbər verir ki, Xameneinin fərmanında deyilir:
“Səriştənizi və işgüzarlığınızı nəzərə alaraq, sizi İran İslam Respublikası Ordusunun baş komandanı vəzifəsinə təyin edirəm”.
"Cebheinfo.az"