AZ

İsveçrə XİN İran və İsraili diplomatiyaya qayıtmağa çağırıb

İsveçrənin xarici işlər naziri İqnazio Kassis İsrail və İranı dialoq və diplomatiyaya qayıtmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "TASS"a istinadən məlumat yayıb.

"İsveçrə bütün tərəfləri maksimum təmkinli olmağa və gərginliyi daha da artıra biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır. Dialoq yoluna qayıtmaq təcilidir", - Kassis bildirib.

O əlavə edib ki, münaqişənin gərginləşməsi heç bir tərəfin maraqlarına uyğun deyil və həm İran, həm İsrail, həm də bütün Yaxın Şərq üçün fəlakətli nəticələrə səbəb olacaq.

Seçilən
17
1
operativmm.az

2Mənbələr