AZ

İranda aksiyalar başladı –İNSANLAR HAKİMİYYƏTİ İSRAİLƏ CAVAB VERMƏYƏ ÇAĞIRIRLAR

İranın paytaxtı Tehranda və digər şəhərlərdə aksiyalar başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nümayişçilər İran hakimiyyətini hücumlara görə İsraildən qisas almağa çağırırlar.

 

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

 

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbər Seyid Əli Xameneinin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

Seçilən
76
2
senzor.az

10Mənbələr