İranın İsrailə qarşı genişmiqyaslı raket hücumu fonunda, ilkin məlumatlara görə, Təl-Əvivdə yerləşən Ben Qurion Beynəlxalq Hava Limanı hədəfə alınıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə hava limanının yaxınlığında böyük bir tüstü sütununun qalxdığı görünür. Kadrlarda partlayış səsləri eşidilir və ərazidə fövqəladə vəziyyətin hökm sürdüyü hiss olunur.
Hazırda İsrail rəsmiləri insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin yerli KİV-lər və şahidlər hava limanının fəaliyyətinin məhdudlaşdırıldığını bildirir. Bəzi uçuşların təxirə salındığı və ya digər hava limanlarına yönləndirildiyi qeyd olunur.
Vəziyyətlə bağlı əlavə məlumatlar verildikcə xəbər yenilənəcək.
Musavat.com