AZ

“Fitch” 2025-ci ildə Azərbaycanda inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 5,3 % təşkil edəcəyini və 2026-cı ildə 4,6 %-ə düşəcəyini proqnozlaşdırır.

Bu barədə “Report” agentliyin hesabatına istinadən xəbər verir.

“Bu göstəricilər Mərkəzi Bankın hədəf diapazonunda (4 % ± 2 faiz bəndi) qalır”, – “Fitch” qeyd edib.

Agentliyin analitikləri davam edən inflyasiya risklərini və ehtiyatlı monetar siyasəti nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 2026-cı ilə qədər azaldacağını gözləmirlər.

Ölkədə illik inflyasiya 2025-ci ilin yanvar-may aylarında 5,9 %-ə çatıb. “Bu, qismən keçən ilin aşağı baza effekti, 2025-ci ilin birinci rübündə minimum əmək haqqının artırılması ilə bağlıdır”, – hesabatda deyilir.

Seçilən
20
5
report.az

10Mənbələr