Tomas Frank "Tottenhem"in baş məşqçisi təyin olunub.
Sportinfo.az xəbər verir ki, London klubu rəsmi olaraq danimarkalı Tomas Frankın baş məşqçi təyin olunduğunu elan edib.
Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Mətbuatda yayılan məlumatlara görə, "Tottenhem" Frankın gedişi qarşılığında "Brentford"a 10 milyon funt-sterlinq kompensasiya ödəyəcək.
Xatırladaq ki, klub ötən mövsüm "Tottenhem"i Avropa Liqasının qalibi edən Ange Postekoqlu istefaya göndərmişdi.