AZ

Ukraynalı müdafiəçini transfer etmək istəyir - “Milan”

“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko A Seriyasına keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” ukraynalı futbolçunu Teo Hernandesə əvəzləyici olaraq görür və transfer etmək istəyir.

Zinçenko özü də karyerasını İtaliya klubunda davam etdirməyə hazırdır.

28 yaşlı müdafiəçi 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında 15 oyun keçirib və bir sarı vərəqə alıb. Onun “Arsenal”la müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Seçilən
75
1
sportinfo.az

10Mənbələr