"Napoli" "Empoli"nin müdafiəçisini transfer edib.
Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisi 20 yaşlı müdafiəçi Luka Maryanuççinin keçidini rəsmən elan edib.
Transferin detalları açıqlanmayıb, lakin jurnalist Nikolo Skiranın məlumatına görə, müqavilənin dəyəri 9+1 milyon avrodur. Futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
Ötən mövsüm Maryanuççi A Seriyasında 18 oyunda meydana çıxıb.