16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-16 hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək.
Aqil Nəbiyevin komandası iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlayacaq.