Həmçinin Hollandiyanın baş naziri Dik Şofs özünün X sosial media hesabında (keçmiş Twitter) mesajında yazıb: “Gərginliyin dərhal azaldılması Yaxın Şərq regionunda sabitliyin bərqərar olması marağındadır”. Avropa Birliyinin xarici siyasət rəhbəri Kaia Kallas da bundan əvvəl X-də yazıb: "Yaxın Şərqdə vəziyyət təhlükəlidir. Mən bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram". Avropa Komissiyasının sədri Ursula fon der Leyen də mesajında deyib: "Yaxın Şərqdən gələn xəbərlər çox narahatlıq doğurur. Avropa bütün tərəfləri maksimum təmkinli olmağa, dərhal gərginliyi azaltmağa və cavab tədbirlərindən çəkinməyə çağırır".
O vurğulayıb ki, regional sabitliyi və qlobal təhlükəsizliyi qorumaq üçün indi diplomatik həll həmişəkindən daha çox lazımdır.