38 yaşlı piyadanı maşın vurub ÖLDÜRDÜ
Zaqatala rayonunun Mazıx kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, kənd sakini İbrət Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən piyada, 38 yaşlı Mazıx kənd sakini Zurab Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.